<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>276</hymn_number>
<title>Səni gözləyirəm, Sən gələcəksən İL276</title>
<lyrics>[V1]
 Səni gözləyirəm, Sən gələcəksən,
 Göydən buludlarla Sən enəcəksən.
 Ardımca gələcək tezliklə Rəbbim,
 Gələcək, bilirəm, O, söz veribdir.

[C1]
   Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar,
   Apar məni yüksəkliyə, Allahım, tezliklə apar.

[V2]
 Gözləyir Müqəddəs Şəhərim məni,
 O azad Şəhərim, o pak Şəhərim.
 Qızıldan döşənmiş o küçələri
 Bilirəm, həsrətlə gözləyir məni.

[C2]
   Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar,
   Apar məni, o Müqəddəs, o pak Diyara apar.

[V3]
 İnanıram, Rəbbim, Sən gələcəksən,
 Göydən buludlarla Sən enəcəksən.
 O Öz sözlərinə sadiqdir, inan,
 O Öz sözlərinə qadirdir, inan.

[C3]
   Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar,
   Apar məni yüksəkliyə, Allahım, tezliklə apar.
   Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar,
   Apar məni, o Müqəddəs, o pak Diyara apar.</lyrics>
</song>